“Ermənistan məqsədli şəkildə qeyri-qanuni məskunlaşdırma siyasəti aparır" ÖZƏL-MÖVQE

“Ermənistan məqsədli şəkildə qeyri-qanuni məskunlaşdırma siyasəti aparır" ÖZƏL-MÖVQE

“Ermənistan məqsədli şəkildə işğal olunmuş Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasəti aparır. Münaqişənin nizamlanmasını uzatmaqda da məqsədi bu məskunlaşdırma siyasətini davam etdirməkdir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

“Təbii ki, bütün bunlar qeyri-qanunidir, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda hər zaman əhali sayında çoxluq Azərbaycan tərəfdə olub. Ermənistanla müqayisədə bugün Azərbaycanın yüz minlərlə məcburi köçkünü var, işğalçı dövlət isə ordan-burdan, yaxın şərqdəki münaqişə bölgəsindən Dağlıq Qarabağa məskunlaşdırma siyasəti aparır, bu hala müvafiq beynəlxalq təşkilatlar nəyə görə göz yumur? Çox təəssüf ki, biz son illər ATƏT-in işğal olunmuş bölgələrə faktaraşdırıcı missiyasının baş çəkməsini görmürük. Sanki beynəlxalq təşkilatlar da işğala göz yummaqla və münaqişənin həllində qətiyyətli mövqe nümayiş etdirməməklə qeyri-qanuni məskunlaşmaya şərait yaratmış olurlar. Çünki həmsədr ölkələr çox yaxşı bilirlər ki, Dağlıq Qarabağda əhali üstünlüyü Azərbaycan tərəfinə məxsusdur və bu fakt Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşməsində həlledici rol oynayacaq”-deyə, V.Əhmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə