Ermənistan rəhbərliyinin əsl məqsədi danışıqlar prosesini sonlandırmaqdır - ŞƏRH ÖZƏL
"Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir. Bu siyasət uzun illərdir ki, Ermənistan tərəfindən həyata keçirilməklə Azərbaycan torpaqlarında demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlib. Bu baxımdan Livanda baş vermiş partlayış bir fürsət kimi Ermənistanın əlinə düşdü. İnsanların iztirabları üzərində öz məkrli siyasətini davam etdirməyə çalışan Ermənistan rəhbərliyi, hazırki vəziyyətdən istifadə etməyə cəhd göstərir". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanla tarixi-hüquqi mənəvi bağlılığı olan Şuşa şəhərinə Livandan köçürülən ailələrlə əlaqədar sosial şəbəkələrdə məlumatlar paylaşılıb: "Bu siyasət beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının tələbləri Ermənistan tərəfindən dəfələrlə pozulub. Digər tərəfdən qeyd etmək lazımdır ki, 1946-cı ildə keçirilən Beynəlxalq Nrünberq hərbi terminalında müttəhimlərdən ikisi demoqrafik vəziyyəti dəyişmək, mülki əhalini münaqişə zonasına cəlb etməklə bağlı ittiham olunaraq cəzalandırılıblar. Ermənistanın Cinayət Məcəllərində də bu cür hərəkətlər cinayət məsuliyyəti daşıyır. Cinayət Məcəlləsinin 390-cı maddəsinə əsasən bu cür hərəkətlərə görə, 8-12 il cəza nəzərdə tutulur".
İ.Hüseynov vurğulayıb ki, Ermənistanın Baş nazirinin və Müafiə nazirinin təxribatçı bəyanatları danışıqlar prosesini sonlandırmaq, danışıqların üzərindən xətt çəkmək və bu formatdan çıxmaq niyyəti daşıyır: "Ermənistan yalnız militarist çıxışlarla, təxribatçı səfərlərlə Azərbaycanın heysiyyətinə toxunan müxtəlif bəyanatlarla danışıqları heçə endirməyə çalışır. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə susqunluq nümayiş etdirirlər. Lakin bu cür təxribatçı hərəkətlər qətiyyətlə pislənilməlidir. Ermənilərlə bağlı bəyanatlar səsləndirilib, işğalçılıq siyasətinin qarşısı alınmalıdır. Lakin biz bunları görə bilmirik. Erməsintan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri üzrə öz həllini tapmalıdır".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB