“Türkiyə Azərbaycana ən böyük dəstək verən ölkədir” ÖZƏL-MÜNASİBƏT
“Türkiyə-Azərbaycan arasında olan milli birlik tarixən siyasi, əvvəlcədən planlaşdırılmış, düşünülmüş addımların nəticəsində yaranmayıb. Bu birlik tarixin ağır sınaqlarından çıxaraq hər zaman təməlini daha da möhkəmləndirmiş müqəddəs milli birlikdir və Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən tək kəlimə ilə ifadə olunub: “Bir millət iki dövlət”. Türk dünyasının Ulu Öndəri Mustafa Kamal Atatürkün də milli birliyimizə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi yaddaşlara həkk olundu.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədri vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ictimai-siyasi həyatın bütün istiqamətlərində həyata keçirilən islahatlarda Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olub.
”Hazırda Azərbaycan- Türkiyə arasında olan münasibətlərin səviyyəsi artıq elə bir pik nöqtəyə yüksəlib ki, hərtərəfli maraqlar eyniləşib. Bu gün hər iki dövlət liderinin apardığı uğurlu siyasət nəticəsində böyük geosiyasi və geoiqtisadi potensiala malik ölkələrimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldilib.
Türkiyə-Azərbaycan Media Platformasının yaradılması, beynəlxalq informasiya müharibəsində, həmçinin beynəlxalq və regional məsələlərdə qarşılaşdığımız problemlərin həlli istiqamətində birgə fəaliyyət baxımından mühüm əhəmiyyət kəsb edir və öz müsbət nəticəsini verəcəkdir. Vahid Media Platformasının yaradılması türk dünyası, türkdilli dövlətlər arasında münasibətlərinin daha da inkişafına öz təsirini göstərəcəkdir”, deyə Nüşabə Məmmədova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB