Latviyanın Mədəniyyət naziri: “9 May Qələbə günü yox, işğalçılıq günü kimi qeyd olunmalıdır”
Latviyanın Mədəniyyət naziri 9 May qələbə gününün keçirilməsinə qarşı çıxıb. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Mədəniyyət naziri Sarmite Elerte Riqada 9 May Qələbə günü münasibətilə abidənin ziyarət edilməsini düzgün saymayıb: "50 il bundan öncə Qələbə günü yox, işğalçılıq günü kimi qeyd olunmalıdır".
O, qeyd edib ki, Qələbə gününün qeyd olunmaması ilə bağlı artıq sərəncam verib: "Yox olan imperiya insanlarda nostaljiya hissi yaradır. Bu isə yerli əhalinin passivləşməsinə gətirib çıxarır. Lakin bizə gələcək günlərimizin firavan olması üçün atacaq addımlarımızın müsbət nəticə verməsi barəsində düşünməyimiz lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB