Siyasi ekspertin Lukaşenko haqqında söylədikləri təsdiqini tapdı - MÖVQE

Siyasi ekspertin Lukaşenko haqqında söylədikləri təsdiqini tapdı - MÖVQE

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mediasına müsahibəsində bir müddət əvvəl iqamətgahında avtomatla görünməsinin səbəbini açıqlayıb. Dövlət başçısı “ürəyinin səsi” ilə bunu etdiyini bildirib: “Qəlbimin səsi idi. Bəlkə də daha az cuşa gəlsəydim, bunu etməzdim. Lakin bu qəlbin səsi ilə heç yerə getməyəcəyimi, Belarusu heç kimə verməyəcəyimi göstərdim. Bunu həm dəstəkçilərimə, həm də rəqiblərimə nümayiş etdirdim”.

Lukaşenko həmçinin Rusiya media təmsilçilərinə verdiyi müsahibədə Putinə xəbərdarlıq edərək belə deyib: “Mən çoxlu sayda prezidentlə bu məsələləri müzakirə etmişəm. Prezident Putinə xəbərdarlıq etdim ki, Belarusda başladılan proseslər Rusiyada başlasa bunun qarşısını ala bilməyəcəklər. Rusiyada da bənzər olaylar yaşana bilər. Bu, bir mərkəzdən idarə olunur. Belarus çökərsə, Rusiya da çökəcək".

Bu zaman ortaya başqa bir sual çıxır. Niyə Aleksandr Lukaşenko bu məsələrə indi aydınlıq gətirmək məcburiyyətində qaldı?

Xatırladaq ki, daha əvvəl məsələ ilə bağlı "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev SİA-ya açıqlamasında fikirlərini bu cür ifadə etmişdi və söylədikləri də öz təsdiqini tapıb: “Belarus Prezidenti Aleksandr Lukaşenko sosial şəbəkələrdə və rəsmi KİV-lərdə rəsmi olmayan geyimdə əlində silah tutmuş vəziyyətdə öz fotolarını paylaşması heç də təsadüfi deyil. Bu bilərəkdən müəyyən dairələrə verilmiş mesajdır. Lukaşenko konkret olaraq "Məxməri inqilab"lar seriyasını Belarusiyada gerçəkləşdirən, həmin plana xidmət edən və həmin planın arxasında dayanan qüvvələrə silahlı formada şəkli ilə "Mən "Məxməri inqilab"a yol verməyəcəyəm" demək istəyib. Çünki "Məxməri inqilab"a yol verilməsə, bu yalnız silahlı inqilab olmalıdır. Belarus prezidenti silahlı inqilaba və yaxud da silahlı qarşıdurma metoduna geçəcəyini açıq-aşkar nümayiş etdirir.

Ümumiyyətlə Aleksandr Lukaşenko indiyə qədərki idarəçiliyində və Avropaya, Rusiyaya münasibətində hər zaman göstərib ki, onun üçün qeyri-standart addımlar atmaq xarakterikdir. Görünür, Lukaşenko öz xoşuna hakimiyyəti təhvil verməyə hazırlaşmır. Fikrimcə, bunun yalnız bir yolu ola bilər və bu da "Məxməri inqilab"ın ilhamvericisi, dəstəkvericisi və onu aktiv şəkildə dəstəkləyən Qərb dövlətlərinin Belarus prezidenti ilə danışıqlara getməsidir. O bir növ özünün "Məxməri inqilab" yolu ilə devirilməsinə yol verməyəcəyini açıq-aşkar göstərir. Aleksandr Lukaşenko özü ilə danışıqlara getməyi onlardan tələb edir. Əgər o başa düşsə ki, artıq hakimiyyəti saxlamaq mümkün deyil, o zaman silahlı qarşıdurmaya gedəcək.

Rusiyanın əsas müttəfiqləri Ermənistan və Belarusiyadır. Belarusiyada növbəti "Məxməri inqilab" planı artıq Rusiyanın sərhəddinə "Məxməri inqilab"ların ixracının plan üzrə bir ssenarisidir. Bunu Lukaşenko da bilir və Putin də çox gözəl anlayır. Ona görə də onlar "Məxməri inqilab"a qarşı birgə mübarizə aparacaqlar. Ancaq Rusiyanın öz daxilindəki proseslər göstərir ki, Belarusiyadan sonra proseslər Rusiyanın daxilinə keçəcək. Ona görə onlar Belarusiyanı döyüşün əsas qalası hesab edirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə