Musa Qasımlı: "Əgər böyük dövlətlər qətnamələrin yerinə yetirilməsini istəyirlərsə, onlar öz imzalarına hörmət etməlidirlər"
"BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməsində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması, humanitar yardım və digər məsələlər nəzərdə tutulur. Amma indiyə qədər həmin qətnamələr yerinə yetirilməyib. Bunun da çoxlu səbəbləri var". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru Musa Qasımlı deyib. O bildirib ki, bu, bir tərəfdən həmin qətnaməyə səs verən ölkələrin Ermənistanla münasibətdə yeritdiyi ikili standartlarla, erməni təəssübkeşliyi, Ermənistan lobbisi və diasporun fəaliyyəti ilə bağlıdır. Millət vəkilinin sözlərinə görə, əgər böyük dövlətlər qətnamələrin yerinə yetirilməsini istəyirlərsə, öz imzalarına hörmət etməli, səs verib qəbul etdikləri qətnamənin yerinə yetirilməsində israrlı olmalıdırlar. M.Qasımlı vurğulayıb ki, əgər Ermənistan bundan sonra da boyun qaçıracaqsa, ona qarşı sanksiyalar tətbiq edilməlidir.
"Ermənistan tarix boyu Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib və müxtəlif rayonları işğal edib. Mayın 8-də Şuşanın işğalı isə bizim tariximizin qara səhifələrindən biridir. Şuşanın itirilməsi təkcə bir şəhərin itirilməsi deyil, bu həm də Azərbaycana vurulan böyük bir zərbədir. Çünki Şuşa Azərbaycan mədəniyyətinin beşiklərindən biridir. Şuşanın işğalı erməni təcavüzünün bütün mahiyyətini ortaya qoydu. Əgər faşistlər bir şəhərə girərkən oranın gözəl memarlıq abidələrini görüb dağıtmırdısa, Ermənistan silahlı dəstələri bunun əksinə hərəkət etdi. Məsələn, Hitler Almaniyası orduları Polşanın Krakov şəhərinə girdikdə gözəl memarlıq binalarını görüb şəhəri dağıtmadılar. Ermənistan isə Şuşadakı bütün memarlıq abidələrini dağıtdılar, qədim məscidləri yerlə-yeksan etdilər və bu azmış kimi heykəlləri, abidələri də gülləyə tutdular. Bunu yalnız mədəniyyətdən xəbəri olmayan, geri zəkalı ermənilər edə bilər. Mən hesab edirəm ki, Şuşanın itirilməsi müvəqqəti xarakter daşıyır və Azərbaycan xalqı tezliklə onu özünə qaytaracaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB