Şimali Kipr təmsilçisi Növbər Fərid Veçhi media nümayəndələri ilə görüşüb - FOTOLAR
Bu gün Şimali Kipr Türk Respublikası nümayəndəliyinin Azərbaycana yeni təyin olunmuş təmsilçisi Növbər Fərid Veçhi media nümayəndələri ilə görüş keçirib. SİA xəbər verir ki, görüşdə həmçinin Şimali Kipr Türk Respublikası nümayəndəliyinin Təhsil və Mədəniyyət müşaviri Tevfik Ulual iştirak edib.
Görüş zamanı Növbər Fərid Veçhi Şimali Kiprlə Azərbaycan əlaqələrindən, eyni zamanda Azərbaycan haqqında təəssüratlarından bəhs edib. Keçirilən səmimi görüşdə bir sıra fikir mübadiləsi edilib və iki ölkə arasındakı əlaqələrin gələcək perspektivlərindən danışılıb.

Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB