Dağlıq Qarabağın iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan, bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ermənilərin diqqətində olmuşdur. "Böyük Ermənistan" yaratmaq eşqi ilə yaşayan ermənilər öz məqsədlərini həyata keçirmək üçün törətdikləri əməllərinin nəticəsində bu gün Azərbaycanın işğal altında olan ərazisində talançılıq missyalarını vəhşicəsinə davam etdirirlər. Bu gün işğal altında olan ərazimizdə hansı proseslər baş verir? Məlumdur ki, tarixi kökü olmayan və ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər qəddarcasına Dağlıq Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsini dağıdıblar. Talançılıq missiyasını reallaşdıran Ermənistan "sivilizasiyalı" dövlət kimi hələ də dünya ölkələri tərəfindən qəbul olunmuş konvesiya, qərar, bəyanat və qətnamələrə əməl etmir. Hazırda işğal olunmuş ərazilərdə dövlət təbiət abidələri mühafizə olunmamaqla sahibsiz qalmış, hətta həmin ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu abidələrin əksəriyyətini məhv etmişlər. İşğal olunmuş rayonlarda 152 ədəd belə ağac növü, 13197,5 ha qiymətli meşə sahələri, 5 ədəd geoloji obyekt qalmışdır.
İşğal altında olan ərazidə adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələr var. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə kütləvi qırılır və mebel istehsalı üçün Ermənistana göndərilir. Elə həmin ərazidə olan ən məşhur mineral su olan İstisu bulağı "Karlovı varı" (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan da üstündür. Bu gün Tehranın bir sıra ticarət mərkəzlərində Ermənistanda istehsal olunan "Cermuk" mineral suyu satışa çıxarılıb. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, adı çəkilən mineral su Ermənistanın "Cermuk" şirkətlər qrupu tərəfindən Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonu ərazisindəki "İstisu"dan doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə Ermənistanın turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılır. Adı çəkilən təbii mineral sular İrana Təbriz şəhərində yerləşən "Azar Raad Co" adlı ticarət şirkəti tərəfindən idxal edilir.
Dünyanı ən nadir flora və faunası ilə zəngin olan Azərbaycan istirahət guşəsi kimi bütün imkanları özündə birləşdirir. Burada on bir iqlimdən doqquzunun mövcudluğu Azərbaycanın həqiqətən də cənnət beşiyi olduğunu əsasladıran amildir ki, ta qədimdən bu günə kimi tarixi sərvətləri ilə ölkəmizin qonağı olan insanların marağına səbəb olmuşdur.
Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasəti
Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilmir və ona görə də böyük ekoloji fəlakət yaşanılır. Təbiətə qarşı olan ermənilərin amansızsızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını, iddialı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etməsi ilə yanaşı, bir məntiqin də gerçəkliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyən faktordur. Mənbələrdə göstərilir ki, ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir. Qeyri-qanuni bir şəkildə Dağlıq Qarabağı işğalda saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımayan ermənilər ekoloji mühitin daha da kəskiləşməsinə gətirib çıxarıblar. Bu gün Qarabağ torpağının təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması faktları Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasətidir. Belə ki, Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayon ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olur.
Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bunun arxasında ermənilərin utopiyaları, eləcə də xalqın tarixinə qarşı təcavüz planı dayanır.
İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətməsi də bir faktdır. "Leşkar" meşə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. Tikinti materialı kimi Ermənistan Yunanıstana və İrana ixrac etdiyi ağac materialını istehsal etmək imkanında deyil. Bu yalnız işğalda olan Azərbaycanın meşələri hesabına mümkün olur.
Erməni işğalında olan ərazilərdə erməni ekolji genosidi davam etdirilir. Azərbaycanın işğal altında olan ərazilərinin simasını dəyişib xarabalığa çevirən ermənlər öz milli xüsusiyyət və təlabatları çərçivəsində bu məkanlarda ab-hava yaratmaqla vəhşilik missiyalarını həyata keçirirlər. Dünya şöhrətli qırmızı palıd erməni işğalındadır. Laçın dövlət yasaqlığı da erməni işğalçılarının əlindədir. Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. 1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli azalmışdır.
Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər. İndi bu yasaqlıq işğal altında olduğundan ermənilər bu xəzinədən vəhşicəsinə istifadə edirlər.
Belə bir səfalı yerlərə malik yerlərimizin ermənilərin əlində qalması Azərbaycanın iqtisadi inkişafına, zərbə vurur.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB