Rektor: “Təhsil işçilərinin dövlət statusu alması ilə bağlı təklifləri, töfsiyələri nazirliyə təhvil vermişik” - MÜNASİBƏT

Rektor: “Təhsil işçilərinin dövlət statusu alması ilə bağlı təklifləri, töfsiyələri nazirliyə təhvil vermişik” - MÜNASİBƏT
"Cənab prezidentin təhsil işçilərinin dövlət qulluğu statusu alması ilə bağlı sərəncamı var və bütün təkliflər 2 ay ərzində ortaya qoyulmalıdır. Biz ziyalılar da bununla bağlı öz düşüncələrimiizi, təkliflərimizi hazırlayırıq". Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, bu çox miqyaslı islahatdır və çoxsaylı müəllim ordusunu əhatə edəcək. A.Məhərrəmovun sözlərinə görə, burada səhvliyə yol vermək olmaz və bunu hissə-hissə, kateqoriyalarla, mərhələlərə bölməklə həll etmək lazımdır.

İşlərin hələlik çox uğurla getdiyini deyən rektor qeyd edib ki, bununla bağlı təkliflər, töfsiyələri nazirliyə təhvil verilib: "Burada əsas problem ondan ibarətdir ki, yaşlı müəllimləri təqaüdə çıxarda bilmirik. Ancaq biz təklif etmişik ki, müəllimlər yaşına gör təqaüdə çıxarsa, onların təqaüdləri aldıqları maaşa ya bərabər, ya da yaxın osun. Dövlət qulluğunda imkanlar artır, bu artım olarkən, gərək maaş ölçüsünü elə edək ki, yaşlı, gəncliyini insanların təlim-tərbiyəsinə qoyan alimlər xalqdan, hökumətdən razı şəkildə təqaüdə getsin. Onların əksəriyyəti çox böyük əməyi, xidməti olan insanlardır. Prezidentin sərəncamı onları razı salacaq səviyyədə aparılmasına xidmət edir. Bu razılıq isə bilavasitə sosial durumla bağlıdır. Bu barədə də biz öz təkliflərimizi vermişik".

A.Məhərrəmov qeyd edib ki, dövlət qulluğunun stajdan asılı olaraq hansı müəllimlərə şamil olunacağı barədə indidən bir söz demək hələ ki, tezdir, çünki bu təkliflər, danışıqlar hələ tam bitməyib, son mərhələyə çatmayıb. Bu istiqamətdə tədbirlərin, iclasların keçirildiyini, islahatların aparıldığını deyən millət vəkili vurğulayıb ki, ali məktəbdə, akademiyada işləyən elm adamları dövlət qulluğu statusu alandan sonra onalara aldığı maaş qədər də təqaüd veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə