“Ermənistan başqalarının əzab çəkməyindən zövq alan ölkədir” ÖZƏL-ŞƏRH

“Ermənistan başqalarının əzab çəkməyindən zövq alan ölkədir” ÖZƏL-ŞƏRH

“Ermənistanın öz maraqlarını başqalarının fəlakəti və əzabı üzərində reallaşdırmağı seçməyi heç də təccüblü və ilk deyil. Təcüvüzkar ölkə 30 ilə yaxındır ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir və sayı yüz minlərə çatan torpaqlarından zorla qovulmuş azərbaycanlıların çəkdiyi əzabın üzərində öz layihələrini həyata keçirir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycandakı Rus İcmasının sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının müşaviri, siyasi şərhçi Anastasiya Lavrina deyib.

Siyasi şərhçi vurğulayıb ki, Ermənistan başqalarının əzab çəkməyindən zövq alan ölkədir.

“Xatırlayırsınızsa, Azərbaycan dəhşətli humanitar fəlakətdən sonra Livana maliyyə yardımı göstərən ölkələrdən biri olmuşdur. Bütün dünya Livan xalqına və hökumətinə yardım etməyə çalışarkən, Ermənistan hökuməti və müxtəlif diasporta təşkilatları bu fəlakət üzərində siyasi oyunlar oynamağı seçdi. Guya etnik ermənilərin Livandan öz yurdlarına qayıtması üçün vəsaitlər ayırdılar və hələ də davam edirlər, eyni zamanda onları işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirirlər. Bu, bütün beynəlxalq norma və standartlara ziddir. Beynəlxalq hüququ, xüsusən də 1949-cu il Beynəlxalq Humanitar Hüquqa dair Cenevrə Konvensiyasının şərtlərini ciddi şəkildə pozurlar. Bundan əlavə, Ermənistan həqiqətən insanları Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həssas nöqtələrinə köçürür və bu insanları ölüm təhlükəsinə məruz qoyur. Üstəlik, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tərəf olmadığnı bəyan edən Ermənistan, Dağlıq – Qarabağ ərazisində qeyri-qanuni məskunlaşmanı birbaşa həyata keçirməklə, Dağlıq – Qarabağ və ona bitişik yeddi rayon üzərində nəzarətin onun əlində olduğunu birbaşa təstiq edir.
Bununla İrəvan işğal altında olan Azərbaycan ərazilərindəki mövqelərini möhkəmləndirmək və öz müqəddəratını təyinetmə prosesi kimi təqdim etməyə çalışır.

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitəsinin iclasında, Ermənistan nümayəndə heyətindən olan deputat Tatevik Ayrapetyanın etiraz edəcəyi bir şey olmadığı üçün susmağı seçdiyini gördük. Əgər Ermənistan bu qədər “xeyirxah” bir ölkədirsə və Livandan olan etnik ermənilərə kömək etmək istəyirsə, qoy onları Dağlıq Qarabağ bölgəsinə deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ermənistanın öz ərazilərinə köçürsün. Lakin, gördüyümüz kimi, məhz Ermənistanın təcavüzü nəticəsində ernik təmizləməyə məruz qalan ərazilər

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsinin iclasında, Ermənistan nümayəndə heyətindən olan deputat Tatevik Ayrapetyanın etiraz edəcəyi bir şey olmadığı üçün susmağa qərar verdiyini gördük. Əgər Ermənistan bu qədər “xeyirxah” bir ölkədirsə və Livandan olan etnik ermənilərə kömək etmək istəyirsə, qoy onları Dağlıq Qarabağ bölgəsinə deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ermənistanın öz ərazisinə köçürsün. Lakin, gördüyümüz kimi, köçürülmələr məhz Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalan ərazilərdə həyata keçirilir.

Bölgənin demoqrafik vəziyyətini dəyişmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasətini davam etdirmək istəyən Ermənistan, dünya dövlətlərinin koronavirus infeksiyasının yayılması və pandemiya sonrası böhranla mübarizə ilə məşğul olduqları məqamdan istifadə edir və bu məsələnin üzərini ört basdır etməyə çalışır. Lakin bu dəfə Azərbayan buna imkan verməyəcək. Rəsmi İrəvanın yol verdiyi qanun pozuntularını yüksək səslə elan edən Bakı, AŞPA iclasındakı müzakirələrlə bir daha dünya ictimaiyyətinin diqqətini bu məsləyə yönəltdi. Ermənilərin Qafqaza sistemli şəkildə köçürülüməsinin təşviq edildiyi günlər artıq geridə qaldı. 21-ci əsrə nəzər salsaq bu çox önəmli məsələdir və əminəm ki, aqressor ölkə olan Ermənistan hökumətinin, insanlığa qarşı törətdiyi cinayətlərə və vəhşiliklərə görə beynəlxalq məhkəmə qarşısına çıxarılmadığı günədək bağlanmayacaqdır”, deyə Anastasiya Lavrina bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə