"Azərbaycan jurnalistləri çox şərəflə beynəlxalq aləmdə təmsil olunurlar" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan jurnalistləri çox şərəflə beynəlxalq aləmdə təmsil olunurlar" ÖZƏL-MÜNASİBƏT

"İlk öncə mən Azərbaycan jurnalistlərini, eyni zamanda dünyanın hər bir yerində fəaliyyət göstərən və özünü jurnalist hesab edən hər bir şəxsi Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Jurnalistika elə bir peşədir ki, öz fəaliyyətinə görə daima diqqət mərkəzindədir". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, jurnalistika çətin bir peşədir: "Artıq beynəlxalq təşkilatların rəylərinə görə, jurnalistika həm də riskli peşələr sırasına daxil olur. Bütün bu risklərdən yayınmaqdan ötrü, özlərinin peşə standartlarını inkişaf etdirməkdən ötrü jurnalistlər arasında həmrəylik olmalıdır. Hesab edirəm ki, bu həmrəyliyi qurmaqla jurnalistlər öz fəaliyyətlərində daha yeni addımlar atmış ola bilərlər. Ümumiyyətlə, jurnalistika ilə bağlı əlamətdar təqvimlər təyin olunanda, yaradılanda bizlər orada iştirakçı olmamışıq. Amma bu gün sevindirici haldır ki, artıq Azərbaycan jurnalistləri müstəqil bir dövlətin, ölkənin jurnalistləri olaraq beynəlxalq aləmdə təmsil olunurlar və beynəxalq aləmin tərkib hissəsidirlər. Biz bu cür təqvimləri artıq öz ölkəmiz, Azərbaycan jurnalistləri adından beynəlxalq jurnalist ailəsinin tərkibi olaraq qeyd edə bilirik. Bu da uğurlu bir məqamdır. Arzu edirəm ki, bizim müstəqilliyimiz əbədi olsun və biz həmişə dünyanın bir subyekti, parçası olaq. Bu gün Azərbaycan jurnalistləri çox şərəflə beynəlxalq aləmdə təmsil olunurlar. Azərbaycanın bir neçə jurnalist təşkilatı var ki, onlar beynəlxalq qlobal təşkilatların üzvüdürlər və orada jurnalist ailəsində təmsil olunurlar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə