Avstriya prinsi Ernst Avqus həbs olundu SƏBƏB

Avstriya prinsi Ernst Avqus həbs olundu SƏBƏB

V Hannover prinsi Ernst Avqust Yuxarı Avstriya federal torpağında həbs edilib. Buna səbəb prinsin xadiməsinin ünvanına təhdidlər yağdırması olub. Belə ki, xadimə onun mülkünə aid əşyalarını xarab edib və həyat yoldaşı ilə səs-küy salıb. SİA xəbər verir ki, bu haqda Avstriyanın Kronen Zeitung qəzeti yazır.

Bazar ertəsi günü saat 17:00-a yaxın radələrdə polislər Yuxarı Avstriyanın Hannover soyunun 66 yaşlı başçısının evini mühasirəyə alıblar. Qəzetin yazdığına görə, polislər xadimənin Ernst Avqustla bağlı şikayətindən sonra bu qərara gəliblər. Xadimə iddia edib ki, prins onun və həyat yoldaşının mülk daxilində gəzdikləri zaman səs-küy saldıqlarını bəhanə edərək, onları başkəsənlərin yanlarına göndərəcək.

Avstriya nəşri onu da yazır ki, prins mülk ərazisindəki yol işarəsini cırıb və Kemberlend hersoqunun fonduna aid obyektin pəncərəsini sındırıb.

Almaniya KİV-ləri isə xatırladırlar ki, V Hannover prinsi Ernst Avqust son vaxtlar daha çox diqqət cəlb etməyə başlayıb. Belə ki, iyulun 15-də o polislərin üzərinə hücum edib və nəticədə psixiatrik xəstəxanaya yerləşdirilib. Lakin hadisənin üzərindən bir həftə keçdikdən sonra prins polis məntəqəsinə gələrək, bu dəfə beysbol bitası ilə iki qanun keşikçisinə hədə-qorxu gəlib, onları təhdid edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə