Bu gün Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyasının 3-cü enerji blokuna altı robot göndərilib. Onların köməyi ilə mütəxəssislər enerji blokunun binasına dəyən zədənin ölçüsünü və radiasiyanın səviyyəsini müəyyənləşdirəcəklər. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu enerji bloku ətrafında olan radiasiya səviyyəsi hələ də insanların işləməsi üçün təhlükəlidir. Bununla yanaşı 1-ci enerji blokunda qəza işləri davam etdirilir. Stansiyanın əməkdaşları xüsusi qoruyucu geyimlərdə reaktorun daxili hissəsinin vəziyyətinə nəzarət edir və yeni hava soyutma sisteminin quraşdırılmasına hazırlaşırlar.
Bununla yanaşı Yaponiyanın şimal-şərqində zəlzələ olub. Yeraltı təkanların gücü 6,1 bal təşkil edib. Zəlzələnin episentri Senday şəhərindən 276 km aralıda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB