“Politik”: “Paşinyanı uzaqlaşdırıb, Ermənistanı soroslaşdıracaqlar” ANALİTİK
“Sorosçular kifayət qədər uğurlu şəkildə hüquq-mühafizə və güc sistemlərində yerlərini möhkəmləndiriblər”
“Ən azı yaxın 15 illiklər göstərdi ki, rəngli inqilabların baş verdiyi bütün ölkələrdə hakimiyyətə, ya da administrativ strukturlara yiyələnən qərbyönümlü sorosçular, ilk növbədə, hüquq-mühafizə və güc strukturlarında, imkan olanda isə xüsusi xidmət orqanlarında öz nəzarətlərini qurmağa çalışırlar”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Politik” portalı yazır.
Portalın qeyd etdiyinə görə, Ukraynada, Gürcüstanda baş vermiş rəngli inqilablardan sonra hüquq-mühafizə və güc sistemlərində miqyaslı islahatlar adı altında işlərə başlanıldı, hətta o zamanlardan başlayaraq indiyə qədər lüstrasiya çağırışlarına çağırışlar edilməkdədir. SİTAT: “Ermənistan da mövcud situasiyada istisna deyil və Nikol Paşinyanın tərəfdarları olan erməni sorosçular da kifayət qədər uğurlu şəkildə hüquq-mühafizə və güc sistemlərində yerlərini möhkəmləndiriblər”.
“Artıq təsəvvür etmək olar ki, bu sistem siyasi, iqtisadi və ictimai həyatda hansı rıçaqlara malik ola bilər”
Nəşr yazır ki, Ermənistan respublikasının təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın əli dövlət təhlükəsizliyi ilə əlaqəli olan və hərbdən başlayaraq, iqtisadi, ya da demoqrafik məsələləri əks etdirən istənilən gizli informasiyalara çatır: “Digər sorosçu Ermənistan respublikasının məhkəmə sferasına və islah müəssisələrinə rəhbərlik edir. Yuxarıda qeyd edilən sferalar ən mühümləridirlər və belə demək mümkündürsə, informasiyalar baxımından strateji əhəmiyyət daşıyan xüsusi strukturlardırlar. Artıq təsəvvür etmək olar ki, bu sistem siyasi, iqtisadi və ictimai həyatda hansı rıçaqlara malik ola bilər”.
“Politik” yazır ki, eyni halı şərti sorosçu, baş prokurorun müavini Srbui Qalyana da aid etmək olar. SİTAT: “Sorosçular Qalyanın vasitəsi ilə sadəcə arzu olunmayan fərdlərin cinayət işlərinə korrupsiya ittihamı yazılması, terrorizə edilməsi üçün yaxşı imkanlar qazanırlar. Əsas budur ki, təqsirkarı tapasan, cinayət işini kodeksdə tapıb-tikmək də olar”.
“Bütün bunlar Ermənistan üçün fövqəladə təhlükə mənbəyidir”
Portalın qeyd etdiyinə görə, artıq polisdə də sorosçu qruplar var. Onlar patrul xidməti altında ən müasir silahlarla, nəqliyyatla, texniki imkanlarla təchiz olunublar. SİTAT: “Bütün bunlar Ermənistan üçün fövqəladə təhlükə mənbəyidir. Bu vasitə ilə sorosçular əllərində olan alətlərlə “dövlət dövlətə qarşı” prinsipini yürüdə bilərlər. Hətta parlamentin 20 deputatını, informasiya-təbliğat resurslarını və maliyyələrini istifadə etməklə, Nikol Paşinyanı da vəzifəsindən uzaqlaşdırmağa nail olarlar. Bütün bunlardan əlavə, yəni sorosçular yerlərini rahatladıqdan, Paşinyanın isə reytinqi sürətlə aşağı yuvarlandıqdan sonra onlar sonuncu dəyişikliklərini – Ermənistanı soroslaşdırmaq proqramlarını birdəfəlik həyata keçirəcəklər”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB