Mayın 10-a keçən gecə NATO aviasiyası polkovnik Müəmmar Qəddafinin bunkerinə növbəti bomba zərbəsi endirib. SİA-nın xəbərinə görə, bu barədə xəbəri "Reuters" agentliyi yayıb. Şahidlərin məlumatına görə, Liviya liderinin iqamətgahının yerləşdiyi rayondan 5 güclü partlayış səsi eşidilib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası martın 17-də Liviya üzərində uçuşsuz zonanın tətbiq edilməsini nəzərdə tutan və bu ölkəyə xarici hərbi müdaxilənin mümkünlüyünə imkan verən qətnamə qəbul edib. Martın 19-da başlayan koalisiya qüvvələrinin əməliyyatlarında Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveç iştirak edir. Martın 31-də əməliyyatlara rəhbərlik tamamilə NATO-ya keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB