Paşinyan Ermənistanı oğru qaydaları ilə idarə edir…

Paşinyan Ermənistanı oğru qaydaları ilə idarə edir…

Yaxud hakimiyyətə qarşı narazılıqlar pik nöqtəsində

Atalar yaxşı deyib: “Qozbeli qəbir düzəldər”. Amma görünür Ermənistanın küçə “demokratı” faşist xislətli Nikol Paşinyanı heç qəbir də düzəldə bilməyəcək. İlk gündən hakimiyyətə yalan. Quldur, oğru niyyətilə gələn Paşinyan bu gün də bu xislətindən ələ çəkmir. Görkəmli fransız yazıçısı Aleksandr Düma ermənilərin həmişə fırıldaqçı, dələduz olduğunu deyib: “Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırıldaqçılara çevrilmişlər”. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Ermənistanda diktatura rejimi formalaşıb: "Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik”.

Ölkə Prezidenti televiyiya kanallarına müsahibəsi zamanı vurğulayıb ki, artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Dövlət başçısı, həmçinin bildirib ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz: "Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər".

“İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”, - Prezident qeyd edib.

Erməni xalqı Paşinyanı hakimiyyətə gətirməklə “oşibka” etdiyini, nəhayət ki, anlayır

Anlayır ki, bu iki il əvvəl Ermənistanda hakimiyyəti ələ keçirmiş baş nazir Nikol Paşinyan ötən müddət ərzində nəinki ölkə ictimaiyyətinin, hətta yaxın tərəfdarlarının da ümidlərini doğrulda bilmir. Hökumət başçısının vaxtilə verdiyi vədlər söz olaraq qalır, ölkə iqtisadiyyatını irəli aparmaq üçün elə bir təsirli tədbir görülmür. Paşinyan indiki halda boşboğazlıqdan o tərəfə keçmir, xalq isə davam edən siyasi kataklizmləri müşahidə etmək məcburiyyətində qalır.

Ermənistanda pandemiya fonunda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Etirazçılar bəyan edirlər ki, “məxməri inqilab”da Paşinyanla “çiyin-çiyinə savaşıblar” və indi Paşinyan onların problemini həll etməlidir. Aksiyaçıların fikrincə, bu, təkcə iqtisadi yox, həm də etimad məsələsidir. Etirazçılar deyirlər ki, ətraf kəndlərdəki yüzlərlə ailə çörəksiz qalıb. Ərazidəki Amulsar qızıl mədənində çalışanlar sabit əməkhaqqına ümid edərək kredit götürüblər və indi çıxılmaz vəziyyətə düşüblər. Ermənistandakı ekoloji təşkilatlar isə xəbərdarlıq ediblər ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri qeyd olunan məqamla bağlı vaxtaşırı aksiya keçirərək şəhərdən 13 kilometr aralıda yerləşən Amulsar dağ mədəninə gedən bütün yolları bağlayırlar.

"4rd.am” portalı isə yazır ki, xalq artıq yeni hakimiyyət tərəfindən müəyyənləşdirilən oğru qaydaları ilə yaşamağa öyrəşib. Bu perspektivlə razılaşmayanlar Ermənistanı tərk edirlər. Kimlərsə Rusiyaya, kimlərsə ABŞ-a, kimlərsə Avropaya üz tuturlar. Belələrinin sayı artıq yüz minlərlə ölçülür. Amma bu, Paşinyan hakimiyyətini narahat etmir. Onlar hesab edirlər ki, ölkədə nə qədər az sayda əhali yaşasa, problem də bir o qədər az olar və hakimiyyətlərinə az təhlükə yaranar.

Bildirilir ki, Ermənistan kimi ölkədə yaşamaq istəyirsənsə, kriminal sistem tərəfindən yaradılan qaydalara uyğunlaşmalısan: “Ermənistanda qarnı tox və yaxşı həyat yaşamaq üçün kriminal keçmişi və oğru dünyası ilə əlaqəsi olanlar tərəfindən müəyyən edilən qaydalara uyğun yaşamalısan. Ermənistanda insanlar qanunlarla deyil, xüsusi şəkildə müəyyənləşdirilən qaydalarla yaşayır”.

Beləliklə, Paşinyan arzuolunmaz vəziyyətə düşüb. Nə ölkənin problemlərini həll edə bilir, nə də normal idarəçiliklə məşğul ola bilir. Buna görə onun və başçılıq etdiyi hökumətin taleyi böyük sual altındadır.

Paşinyanın bəyanatları nəyə xidmət edir?

Yenə də çətnə düşən kimi sərsəm bəyanatlarla çıxış etməyə əl atan Paşinyan elə zənn edir ki, erməni xalqını boş, mənasız çıxışları ilə inandıra biləcəkvə bununla da zəif hakimiyyətini qoruyub saxlayacaq. Politoloqlar bildirir ki, sosial problemlər üzrəində hakimiyyətə gələn Paşinyan və onun komandası Qarabağ probleminin heç mahiyyətini belə anlamır və bu problemləri həll etməyə qadir deyil. Ona görə də Qarabağ məsələsi ilə bağlı yersiz bəyanatlar verir.

Rusiya siyasi araşdırmalar institutunun rəhbəri Sergey Markov ATV.az-a açıqlamasında bildirib ki, Paşinyanın açıqlamaları danışıqlar prosesini yubatmaq cəhdidir və o bu yolla zəif hakimiyyətini saxlamağa çalışır. Yəni hakmiyyət bölgüsünü aparmamaq, birbaşa təmaslara keçməmək onun məqsədli şəkildə atdığı addımlardır: “Paşinyan bilir ki, hakimiyyəti o qədər də möhkəm deyil və ona görə də Dağlıq Qarabağla bağlı vətənpərvər hisslərə arxalanmağa çalışır. Buna görə də ilk olaraq Qarabağa səfər etdi, gurultulu bəyanatlar verdi. Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinlə futbol üzrə dünya cempionatı ərəfəsində gözlənilən görüşü zamanı Paşinyan özü Qarabağ məsələsini gündəmə gətirəcək, çünki Rusiya tərəfindən dəstək gözləyir. Amma ona bu dəstəyin veriləcəyini düşünmürəm. Çünki Rusiya onun hansı mövqeyə xidmət etdiyindən xəbərdardır-sitatın sonu.

İşğalçı ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur

Məhz bu gün Paşinyan nə Ermənistana nəzarət edə bilir, nə də Qarabağdakı orduya. Və bu gün Ermənistan ordusunda şəxsi heyətin tam komplektləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Artıq ermənilər bu problemi gizlədə bilmirlər. Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə minlərlə erməninin ordu sıralarında xidmətdən boyun qaçırması dayanır və bu proses indi də davam edir. Məhz bu səbəbdən də Paşinyan sıravi əsgər vəzifələrinə muzdlu döyüşçüləri cəlb etməklə elə zənn edir ki, bu problemi həll edə bilər.

Hüquq müdafiəçisi Nina Karapetyants əmindir ki, Ermənistana Silahlı Qüvvələrdən əlavə daha bir silahlı struktur lazım deyil: “Ən vacibi odur ki, könüllülərin hansısa məqamda əllərində silah İrəvanın küçələrində, şəhərin mərkəzində hansısa hərəkətlərə qatılmayacağına zəmanət verilmir. Fikrimcə, nizami ordusu olan ölkəyə qeyri-müəyyən statuslu əlavə hərbi birləşmələr lazım deyil”.

Hüquq müdafiəçisi yaxın keçmişdə oxşar struktur olan “Yerkrap” könüllülər birliyinin hərəkətlərini yada salır: “Bizdə belə təcrübə olub, müəyyən hadisələr zamanı insanlar bu və ya digər tərəfi dəstəkləyə bilər, hakimiyyət, yaxud hansısa qüvvələr onlardan istifadə edə bilər”.

Erməni mediası da yazır ki, könüllü dəstələr hansısa qrupum marağı üçün gücdən istifadə edəcək və bu da ölkədə xaosu daha da dərinləşdirəcək: “Yerkrap” bunun ən əyani təsdiqidir. “Yerkrap” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Qriqoriyan rəhbərlik edirdi. O, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb və böyük soyğunçuluq cinayətləri həyata keçirdiyi üzə çıxıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır. Bu birliyin idarə heyətinin ayrı-ayrı üzvlərinin vaxtilə Ermənistanda siyasi proseslərə müdaxilə etməsi məlumdur.

Ekspertlərin sözlərinə görə, düşmən könüllülərin ümidinə qalsa da, istədiyi nəticəni əldə etməyəcəyini özü də bilir...belə ki, 1990-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycanın güclü bir orduya malik olması fonunda ekspertlər hesab edir ki, Ermənistanda könüllülər ordusuna yazılanların sayı az olacaq. Digər tərəfdən, 2016-cı ilin aprelində belə könüllülərin ordumuz tərəfindən necə darmadağın edilməsi də ermənilərin yadından çıxmayıb. Bu səbəbdəndir ki, ötən ay baş tutan Tovuz döyüşlərindən sonra erməni ordusuna heç bir könüllü axını olmadı. Halbuki, ehtiyac olmadığı halda Azərbaycanda belə insanların sayı yüz minlərlə ölçülürdü. Belə vəziyyətdə məlumdur ki, Ermənistan rəhbərliyi könüllü silahlı qüvvələr toplamaqla da əsgəri problemlərinin, o cümlədən hərbçı çatışmazlığı kimi kritik bir məsələnin həllinə nail ola bilməyəcək. Əksinə, Dağlıq Qarabağ münaqişəsinin həlli hərb müstəvisinə keçəcəyi təqdirdə Ermənistanın istər nizami ordusu, istərsə də könüllüləri qısa zamanda Silahlı Qüvvələrimiz tərəfindən darmadağın ediləcək. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, könüllülər məsələsinin yenidən gündəmə gəlməsi erməni ordusunda hərbçi çatışmazlığının daha bir təsdiqdir. Miqrasiya, demoqrafiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə əsgər, zabit qıtlığı problemi ilə daha kəskin şəkildə üzləşəcəyi qaçılmaz sayılır və bunu ölkə rəhbərliyi də yaxşı sezir. Elə təkcə rəsmi rəqəmlərə görə, Ermənistan əhalisi son 30 il ərzində 800 min nəfər azalıb. Reallıqda isə bu rəqəmin ən azı 2 dəfə çox olduğu, ölkədə yaşayan real əhalinin sayının heç 2 milyona belə çatmadığı da məlum həqiqətdir. Yenə rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır. Özü də Ermənistanda qalan kişilərin əksəriyyəti hərbi xidmət üçün yaş və digər parametrlər baxımından yararlı deyil. Bu səbəbdən məsələnin həlli üçün könüllülər birliyi layihəsi ortaya atılıb. Ancaq bu da ermənilər üçün çıxış yolu deyil və Qarabağ probleminin hərbi həlli zamanı düşmən bir daha buna əmin olacaq.

“Könüllülər ordusu” işğalçı Ermənistanı xilas edə biləcəkmi?..

Həmişə olduğu kimi, bu gün də işğalçı Ermənistanda ağır demoqrafik vəziyyətə görə hərbiçi çatışmazlığı getdikcə kəskin xarakter alır. Yaranmış vəziyyətdə məsələnin həlli üçün işğalçı ölkədə “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, ölkədə hərbi “könüllü dəstələr”in yaradılması nəzərdə tutulur.

Erməni mediası da yazır ki, könüllü dəstələr hansısa qrupun marağı üçün gücdən istifadə edəcək və bu da ölkədəki xaosu daha da dərinləşdirəcək. “Yerkrap” bunun ən əyani təsdiqidir. “Yerkrap” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Qriqoriyan rəhbərlik edirdi. O, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb və generalın böyük soyğunçuluq cinayətləri həyata keçirdiyi üzə çıxıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır. Bu birliyin idarə heyətinin ayrı-ayrı üzvlərinin vaxtilə Ermənistanda siyasi proseslərə müdaxilə etməsi məlumdur. Belə çıxır ki, işğalçı ölkə artıq könüllülərin ümidinə qalsa da, istədiyi nəticəni əldə etməyəcəyini özü də bilir.

1990-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycanın güclü bir orduya malik olması fonunda ekspertlər hesab edirlər ki, Ermənistanda könüllülər ordusuna yazılanların sayı az olacaq. Digər tərəfdən, Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır. 2016-cı ilin aprelində belə könüllülərin ordumuz tərəfindən necə darmadağın edilməsi də ermənilərin yadından çıxmayıb. Bu səbəbdəndir ki, ötən ay baş verən Tovuz döyüşlərindən sonra erməni ordusuna heç bir könüllü axını olmadı. Halbuki, ehtiyac olmadığı halda Azərbaycanda belə insanların sayı yüz minlərlə ölçülürdü.

Lakin bu gün Ermənistan həmişə olduğu kimi, demoqrafik problem yaşayır və ön cəbhəyə çıxarmağa resursu yoxdur. Ekspertlərin sözlərinə görə, belə vəziyyətdə məlumdur ki, Ermənistan rəhbərliyi könüllü silahlı qüvvələr toplamaqla əsgər problemlərinin, o cümlədən hərbçi çatışmazlığı kimi kritik bir məsələnin həllinə nail ola bilməyəcək. Əksinə, Dağlıq Qarabağ münaqişəsinin həlli hərb müstəvisinə keçəcəyi təqdirdə Ermənistanın istər nizami ordusu, istərsə də könüllüləri qısa zamanda Silahlı Qüvvələrimiz tərəfindən darmadağın ediləcək. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır. Özü də Ermənistanda qalan kişilərin əksəriyyəti hərbi xidmət üçün yaş və digər parametrlər baxımından yararlı deyil.

Bəs Paşinyanın düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu Azərbaycan Prezidenti İlham Əliyev dəflərlə çıxışlarında bildirir ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında... “könüllülər” ordusu olan halda belə… Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bu faktın gerçəkliyi göz önündədir...

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə