NATO aviasiyası Liviyada 32 hərbi obyekti vurub

NATO aviasiyası Liviyada 32 hərbi obyekti vurub

Liviyada keçirilən əməliyyatlarda iştirak edən NATO ölkələrinin təyyarələri mayın 9-də 159 uçuş həyata keçirib. SİA-nın xəbərinə görə, bu uçuşlardan 64-ü hərbi xarakterli olub. Hava hücumları zamanı 32 silah-sürsat anbarı, beş raket qurğusu və digər hərbi texnikalar məhv edilib. Əməliyyatlara NATO komandanlığı rəhbərlik edən gündən, martın 31-dən bəri 5822 uçuş həyata keçirilib. Bunlardan 2326-sı hərbi uçuşlar olub.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası martın 17-də Liviya üzərində uçuşsuz zonanın tətbiq edilməsini nəzərdə tutan və bu ölkəyə xarici hərbi müdaxilənin mümkünlüyünə imkan verən qətnamə qəbul edib. Martın 19-da başlayan koalisiya qüvvələrinin əməliyyatlarında Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveç iştirak edir. Martın 31-də əməliyyatlara rəhbərlik tamamilə NATO-ya keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə