Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 9-da saat 19.50-dən 19.55-dək və mayın 10-da saat 00.30-dan 00.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, mayın 9-da saat 14.25-dən 14.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə