Yaponiyada zəlzələ qurbanlarının sayı durmadan artır

Yaponiyada zəlzələ qurbanlarının sayı durmadan artır

Martın 11-də Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 14 919 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Yaponiyanın baş polis idarəsi verib. Bundan əvvəl isə 14 877 nəfərin həlak olduğu bildirilirdi. Yaponiyanın altı prefekturasında 9893 nəfərin itkin düşdüyü xəbər verilib.

 

Daha çox insan itkisi Miyaqi prefekturasında qeydə alınıb. Burada 8 924 nəfərin həlak olduğu bildirilir. İvate prefekturasında 4388 nəfər, Fukusimada isə 1 543 nəfər həlak olub. Yaponiyanın Coğrafiya İnstitutunun məlumatına görə, sunami 561 kvadrat kilometr ərazini örtüb. Təbii fəlakət nəticəsində 151 min tikinti dağılıb.

 

Qeyd edək ki, zəlzələdən sonra "Fukusima-1" atom elektrik stansiyasında soyutma sisteminin sıradan çıxması nəticəsində bir sıra qəzalar baş verib. Bundan sonra radiasiyalı su sızması qeydə alınıb. Stansiyadan 20 kilometr aralıda yaşayan sakinlər köçürülüb. Seysmoloqların məlumatına görə, Honsü adası ərazisində 5 bal gücündə təkrar zəlzələlər ən azı bir neçə ay davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə