Ermənistan iqtidarı Amulsarla bağlı qərara gələ bilmir “Past”

Ermənistan iqtidarı Amulsarla bağlı qərara gələ bilmir “Past”

Amulsar mədəninin işlədilməsi mövzusu son zamanlarda kifayət qədər aktuallaşıb və mövcud hakimiyyətin başına bəla olub. SİA Ermənistana məxsus aysor.am saytənda yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, əslində, keçən il bu mövzuya dair son rəy heç vaxt yayımlanmayıb və tərəflər bununla əlaqədar bir razılığa gəlməyiblər. Üstəlik, səlahiyyətlilər sadəcə çıxılmaz vəziyyətdədirlər, bu səbəbdən sakinlər və istismarçılar arasında vaxtaşırı münaqişələr yaranır.

Nəşr bu günlərdə Amulsar mədəninin istismarına qarşı etiraz aksiyalarında Qərbin maliyyələşdirdiyi strukturların müəyyən bir rol oynamağa çalışdığı haqda da açıq yazır.

“Nəşrin mənbəyinin verdiyi məlumata görə, bu mərhələdə Sorosçu deyilənlər bu mövzunu şişirdirirlər, çünki Nikol Paşinyanla bəzi fikir ayrılıqları var. Məlumata görə, onlar da hakim fraksiyada fəaldırlar.

Sorosçu adlananların hakim fraksiya ilə ciddi əlaqələri olduğu heç kimə sirr deyil. Qıraqda, Amulsar mövzusundan istifadə etməyə və bu məsələdə maraqlı olan deputatları ümumi bir "komandaya" birləşdirməyə çalışdıqları, parlamentdə "şəxsi istifadə" üçün ayrıca bir siyasi vahid yaratdıqları, maraqlarına xidmət etdikləri barədə məlumatlar da yayılır", deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə