“Ermənistanın bu addımı beynəlxalq humanitar faciədir” ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın bu addımı beynəlxalq humanitar faciədir” ÖZƏL-MÜNASİBƏT

"Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan Azərbaycana qarşı aktiv silahlı təxribatlarla yanaşı, işğal altında saxladığı ərazilərimizdəki təbii sərvətlərlmizə qarşı terror siyasətini davam etdirməkdədir. Ermənistanın "soyuq terror müharibəsi" üsullarından biri də cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı su ehtiyatlarından ekoloji terror vasitəsi olaraq istifadə etməsi, Ermənistan hakimiyyətinin xüsusi məkrli planına əsasən çaylarımıza zəhərli tullantıların axıdılmasıdır." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədri vurğulayıb ki, Ermənistanın bu addımı beynəlxalq humanitar faciədir və bölgədə humanitar fəlakətə, ekoloji və bioloji böhrana səbəb ola bilər: “Mövcud vəziyyətlə bağlı problem müxtəlif vaxtlarda beynəlxalq təşkilatıların müzakirəsinə çıxarılsa da Ermənistan hər zaman olduğu kimi beynəlxq qanunları kobud formada pozmaqda davam edir. Mövcud problemlə bağlı, Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı il 2085 saylı Qətnamə qəbul etmişdir. Həmin il AŞPA-nın Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsində “Azərbaycanın sərhəd bölgələrinin sakinləri qəsdən sudan məhrumdurlar“ mövzusunda məsələ müzakirə olunub. AŞPA tərəfindən qəbul olunan Qətnamədə, Ermənistan rəhbərliyindən su ehtiyatlarından siyasi bir vasitə kimi istifadəni dayandırmağı tələb edir. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı yeddi rayondan dərhal çıxarılmasını tələb edən maddələr öz əksini tapmaqdadır.
Beynəlxalq humanitar hüquq normalarına zidd addımlar atan, beynəlxalq təşkilatların qətnamələrin tələblərini kobud şəkilkdə pozan, benəlxalq qanunlara məhəl qoymayan Ermənistana qarşı beynəlxaq qanunlara uyğun formada güc tətbiq etməklə problemlərin həllinə nail olmaq yeganə çıxış yoludur”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə