"YAP Kürdəmir rayon təşkilatının könüllüləri şəhidlərin, qəhrəman oğulların ailələrini ziyarət edib" FOTOLAR

"YAP Kürdəmir rayon təşkilatının könüllüləri şəhidlərin, qəhrəman oğulların ailələrini ziyarət edib" FOTOLAR

YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup gənc könüllü Kürdəmir rayonunda yaşayan, Vətən uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, gənclər şəhid Tahir İslamovun anası Elmira anaya və şəhid Mehman Eminovun anası Arifə anaya baş çəkmiş, onların gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanmış və hədiyyələr təqdim etmişlər. Gənclər bildirmişlər ki, şəhidlərimiz kimi, onların anaları da bizim üçün çox qiymətlidirlər və dəyərlidirlər. Çünki bu analar vətənin çətin günlərində onu müdafiə edən və uğrunda şəhid olan dəyərli övladlar böyüdüb, boya-başa çatdırıblar. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək neçə-neçə nəsillərə örnəkdir.

Şəhid anaları da öz növbələrində göstərilən xüsusi diqqət, qayğı və dəstəyə görə YAP Kürdəmir rayon təşkilatınını Gənclər Birliyinə, Rayon təşkilatının rəhbərliyinə və ümumilikdə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək hər zaman dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd etmişlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə