Kuba vətəndaşları da turist kimi gəzə biləcək. SİA-nın məlumatına görə, Kuba hökuməti bugünki açıqlamasında bildirib ki, vətəndaşlarının turist olaraq xaricə səyahət etmələri məsələsi müzakirə olunur və bu haqda ən yaxın gələcəkdə qərar veriləcək. Kubada 50 il ərzində ilk dəfə bu məsələnin gündəmə gətirilməsi vətəndaşlar arasında böyük sevincə səbəb olub. Ümidlə veriləcək cavabı gözləyən sakinlər turist kimi ölkələri gəzmək həvəsindədirlər. Xaricə səyahət məsələsi isə Kuba Kommunist Partiyasının təklifi olub. Belə ki, partiya nümayəndələri xarici ölkələrə getmək üçün icazə əldə olunması məsələsini iqtisadi böhrana qarşı tətbiq ediləcək ən əlverişli üsul olaraq qiymətləndiriblər. Hətta partiya səlahiyyətliləri bu üsulu çıxış yolu olaraq göstərilən 313 tədbir arasında xüsusi qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB