Bin Ladenin evi yıxılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pakistan hökuməti, "Əl-Qaidə" liderinin evini yıxmağa hazırlaşır. Səlahiyyətlilərin sözlərinə görə, Pakistan hökuməti Ladenin evinin zamanla müqəddəs bir məkana çevriləcəyindən qorxur: "Bin Ladenin ölümündən sonra onun evinə xarici ölkələrdən axın edilir. Həm yerli əhalidə, həm də turistlərdə onun yaşadığı yeri görməyə xüsusi bir maraq var. Bu səbəblə də hökumət səlahiyyətliləri zamanla bu evin müqəddəs bir məkana çevriləcəyindən ehtiyat edir. Nəticədə belə bir qərar alınıb ki, bin Ladenin evi yıxılsın".
Məsələ ilə əlaqədar isə xarici jurnalistlərin bölgədən çıxması tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB