Gültəkin Hacıbəyli insanların haqqına girdiyi vaxtları nə tez unudub
Bu gün radikal müxalifət düşərgədə olanlar bütün mənəvi-əxlaqi sədləri aşaraq Azərbaycanın uğurlarından qaşınmaya düşüblər. Xüsusilə də, özünü “Milli Şura”nın əzəli və əbədi, “cəfakeş” üzvü, adlandıran, müxalifətçi libası altında siyasi meydanda əsl çılpaqlıq nümayiş etdirən Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi sosial şəbəkələrdən düşmür. Özünü “xalq yanğısı” kimi göstərən bütün mənliyini qrantlara satan Sevinc Osmanqızı kanalına da özü kimi simasız, satqın və mənəviyyatsızları çağırmaqla əsl simasını bir daha nümayiş etdirir. Elə bu günlərdə kanalında erməniləri müdafiə etməkdən yorularaq Azərbaycanda bəzi məmurların karantin rejiminin qanunlarını pozması ilə bağlı yaratdığı qanun pozuntularına dəstək olan min sifət, AXCP-nin satqın və satılan riyakar, xalqın düşməni Əli Kərimlinin katibi “vəzifəsini” yerinə yetirən Gültəkin Hacıbəylinin belə şou göstərməsi nə birincidir, nə də sonuncu. Ancaq anlamırlar ki, hər dəfə belə şou göstərməklə bir daha ermənidən betər olduqlarını göstərirlər. Dərdiniz başqa dərddir. Bütün oyunlardan çıxdınız. İndi də cinayətkarları həm dəstəkləyirsiniz, həm də dövlətin ünvanını təhqir, böhtan fikirlər söyləyirsiniz.
Dərdiniz nədir sualını vermək istəməzdim. Bəllidir. Ən maraqlısı isə, G.Hacıbəyli və S.Osmanqızı ilk cümləsini xalqa çağırışla başlayır. G.Hacıbəyli: “Hadisələr haqqında düzgün məlumatlanmaq istəyirsinizsə bizi izləyin”, S.Osmanqızı: “Kanalımız xalqımızı ancaq və ancaq düzgün məlumatlar çatdıracaq". Bu qədər də ağ yalan olmaz. Şahidəm ki, insanlar arasında olan kəs kimi, sosial şəbəkədə səsinizi və üzünüzü görən kimi, tamaşaçı “odboy” edir. Bax, nankor və bədbəxtlik buna deyirlər. Çünki ermənilər kimi, sizlərin də satqın, ermənidən də betər olanın “vətən yanğısı”nı bu xalq, bu Vətən, bu dövlət satan ola bilməz. Guya "vətən üçün ağlayırsınız?”. Yadında saxla: hər kəs ağlaya bilməz.
İnsanların haqqına girdiyi vaxtları nə tez unudmusan?
Və bu gün hansı haqdan danışırsan, Gültəkin Hacıbəyli? Vaxtilə Milli Məclisin deputatı olarkən yol verdiyi qanunsuzluqlarla bağlı ötənlərə bəlkə nəzər yetirəsən. Bu gün “Milli Şura” adlı marginal qrupda oturub səfeh bəyanatlarla gündəmə gəlməkdənsə, deputat olduğu dövrdə törətdiyi qanunsuzluqları çığır-bağırla, söyüşlə təkzib etməklə yox, faktlarla çatdırmaq istərdik. Ancaq bunlar müəyyən bildiklərimizdir: Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa; Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi; Goradil kəndində 30 sot torpaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi; Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi; Səbail rayonu, Şeyx Şamil küçəsində ofis; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil; Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil; Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil…
İndi bu günü sosial şəbəkələrdən sənin kimi korrupsionerləri vaxtı ilə tənqid edirdinsə, bu gün onların təbliğatını aparırsan və ürəkdolusu deyirsən ki” artıq Əli İnsanov, Ramiz Mehdiyev tərəfinə keçir”. Gör nəyə sevinirsiz. Bu belə də olmalıdır. Dünən sən də iqtidarda idinsə, sonra oldun müxalifətçi, sabah isə heçnə olacaqsan. Ancaq bir həqiqəti anla ki, sənin kimi dələduzlar xalqın qınağındın çıxa bilməyəcəklər. Və bu gün cinayətkarın qanun qarşısında cavab verməsini “demokratiya boğulur”, “haqqınızı tələb edin” çağırışları etməklə bir daha əsl simanı göstərirsən. Bilməlisən ki, Azərbaycan hüquqi dövlətdir, hər kəs də qanunlara riayət etməlidir. Bu gün sənin kimi cəsus bütün bunlardan niyə ibrət dərsi almır?. Bəlkə elə zənn edirsən ki, Leninin oktyabr inqilabı kimi, nəyəsə nail olacaqsınız?. Doğurdan da çox abırsız və mənəviyyatsınız. Həyasızlıq bu qədər də olmaz. Amma nə Əli Lenindi, nə də sən “demokrat”. Hər ikinizin özünüz kimi bir adınız var: NANKORLAR!
Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan sənin kimi anti-milli ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Bu haqq-hesab isə çox ağır olacaq!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB