"Prezident açıq şəkildə Yunanıstan səfirinə öz narazılığını bildirdi” ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan Prezidenti cənab İlham Əliyev Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən çox vacib bir görüş keçirdi. Dövlət başçımız açıq şəkildə Yunanıstan səfirinə öz narazılığını bildirdi”. Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.
“Prezidentin sözləri onu göstərir ki, Şərqi Aralıq dənizindəki maraqlar münaqişəsi coğrafiyası böyüyür. Artıq bu prosesin təsirləri Cənubi Qafqaza gəlib çatır. Təbii ki, burada da müəyyən dərəcədə problemli məsələlər yaranır. Əlbəttə ki, bu problemli məsələlər bu məkanda yerləşən bütün ölkələrin maraqlarına ziddir. Ölkə başçısı da onu bildirdi k, bu ziddiyyətləri aradan qaldırmaq lazımdır və bununla bağlı konkret yol göstərib. Heç kəsə sirri deyil ki, burada Azərbaycan, Türkiyə, Yunanıstan və regionun digər ölkələri irimiqyaslı layihələr həyata keçirir. Xüsusilə də Cənub-Qaz Dəhlizi layihəsi çox vacib və faydalı bir layihədir. Bu ilin sonunda həmin layihə artıq işə salınmalıdır. Bu da Avropanın enerji təhlükəsizliyini təmin edən bir layihədir. Əlbəttə ki, burada bütün ölkələr həmin məsələyə məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, Ermənistan tərəfi yeganə ölkədir ki, bu layihənin reallaşmasında maraqlı deyil. Ermənistan tərəfi Türkiyə-Yunanıstan münasibətlərinin gərginləşməsindən istifadə edərək regionda gedən müsbət proseslərə əngəl yaratmaq istəyir. Təbii ki, bu yolverilməzdir. Ermənilərin oyunları vəziyyəti qarışdırır”-deyə, İ.Vəlizadə fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB