Müxalifətçi fəal Əli Kərimlini “şarlatan” adlandırdı MÜXALİFƏT
AXCP sədrinin Tofiq Yaqublunun məhkəməsində iştirak etməməsi üzünə vuruldu
Məlum olduğu kimi, Nizami rayon məhkəməsinin qərarı ilə Müsavatçı funksioner, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqubluya 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü verilib. Belə ki, T.Yaqublu öz cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Lakin bu arada T.Yaqublunun ətrafında müxalifətdaxili çaxnaşmalar da səngimək bilmir. Məsələ ondadır ki, AXCP sədri Əli Kərimli müxalifətçi fəal Qiyas İbrahimov tərəfindən hədəfə alınıb və ona qarşı sərt fikirlər səslənib. Əsasən, AXCP sədrinin nəyə görə T.Yaqublunun məhkəmə iclaslarına qatılmaması məsələsi qabardılıb. Məhz bu ittiham Ə.Kərimlini özündən çıxarıb və müsahibələrinin birində qarşı tərəfi – Q.İbrahimovu təhqir atəşinə tutub, aşağılayıcı fikirlər səsləndirib.
Qiyas İbrahimov: “Yenə deyirəm, Yaqublu bu şarlatanlardan uzaq olmalıdır".
Məhz bunun nəticəsində Q.İbrahimov AXCP sədri Ə.Kərimlini yenidən hədəfə alaraq, öz sözündə dayandığını bəyan edib, təhqirinə isə təhqirlə cavab verib. Qiyas İbarahimov Əli Kərimlini ifşa edən status paylaşıb və yazıb ki, Tofiq Yaqublunun rəsmi partiyadaşları olan Müsavatın “baş bəyləri” onun məhkəməsinə heç olmasa bir-iki dəfə gəlib, 15-20 dəqiqə sonra da gediblər. Amma dəfələrlə Ə.Kərimlinin qoluna girərək aksiyalarda iştirak edən T.Yaqublu öz məhkəmə iclaslarında bu adamı görmədi: "Bunları bildik, 120 nəfərlik məclisdə yer verməmişdilər Yaqubluya. Amma Tofiq Yaqublunun hamıdan çox dəstək olduğu, qolunda dartıb küçəyə çıxardığı Əli Kərimli də özünə əziyyət verib gəlmir məhkəmə duruşmalarına. Bunun da səbəbi sadədir. Bu qədər dirənən Tofiq Yaqublunun həbsdən növbəti çıxışında (elə indi də) artıq nüfuz baxımından Kərimli filandan çox yuxarı olacağı onu bərk narahat edir. Yenə deyirəm, Yaqublu bu şarlatanlardan uzaq olmalıdır".
Düz sözə nə deyəsən ki..?
Əslində, buradan həm də belə nəticə çıxarmaq olar ki, artıq Ə.Kərimli az qala ona görə öz partiyasından – Müsavatdan istefa verməyə hazır olan, müsavatçıların deyil, daim onun mövqeyini dəstəkləyən T.Yaqublunu da yazır qurbanları sırasına. Çünki məhz AXCP sədri hazırkı dövrə qədər onlarla tərəfdaşını öz kirli siyasi maraqlarına qurban vermişdi, Yaqublu isə növbətisidir.
Q.İbrahimov ona da eyham vurub ki, T.Yaqublunun radikal müxalifət düşərgəsindəki nüfuzu Ə.Kərimlinin nüfuzundan artıqdır və AXCP sədri ehtiyat edir ki, T.Yaqublu onu bu məsələdə önləsin. Ona görə də, nə məhkəmələrinə getdi, nə də ümumiyyətlə, sosial şəbəkələrdəki münasibətlərindən artıq heç nə etmədi. Bu isə söz yox ki, Q.İbrahimovu qıcıqlandırıb və nəticə etibarı ilə Ə.Kərimlini ifşa etməsi ilə yanaşı, onun və ətrafının şarlatan xislətli olduqlarını bildirib. Burada isə sözün doğrusunu deyib, necə deyərlər, düz sözə nə deyəsən ki..?
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB