Göygöl rayonunda faşizm üzərində böyük qələbənin 66-cı ildönümü münasibəti ilə təşkil olunan bayram tədbiri Böyük Vətən müharibəsində şəhid olan soydaşlarımızın xatirəsinə ucaldılan abidə kompleksi önündə başlayıb. Burada İcra Hakimiyyətinin başçısı Arif Seyidov veteranları təbrik edib.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, icra başçısı bildirib ki, müharibədə iştirak edən 640 min soydaşımız arasında Göygöl rayon saknləri də olub. Məhz böyük vətən müharibəsi Azərbaycanlıların necə döyüşkən xalq olduğunu bir daha sübut edib.
Arif Seyidovun sözlərinə görə döyüşlərdə 130-dan artıq vətəndaşımız Sovet İttifaqı Qəhrəmanı, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif olunub. Bundan əlavə müharibənin qələbə ilə yekunlaşmasında Azərbaycanın təbii sərvətlərinin, xüsusən Bakı neftinin böyük töhfəsi tarixlərə yazılıb. Böyük vətən Müharibəsində 40-a yaxın rayon sakini iştirak edib.
Tədbirin sonunda bayram konserti verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB