“Ölkə başçısının reytinq yüksək rəqəmlərdə: 90,8 faiz Prezidentə etibar edir” Məşhur Məmmədov

“Ölkə başçısının reytinq yüksək rəqəmlərdə: 90,8 faiz Prezidentə etibar edir” Məşhur Məmmədov

“Sosial Tədqiqatlar Mərkəzi tərəfindən açıqlanan sorğunun nəticələri ölkə əhalisinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevin fəaliyyətini, Onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxili və xarici diplomatiyanı, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəklədiyini təsdiqləyir. Bu, Azərbaycan reallığını əks etdirən sosioloji sorğunun nəticəsidir. Belə ki, 90,8 faiz Prezidentə etibar edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib.

M.Məmmədov keçirilən sorğuda respondentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi və xarici siyasət sahəsindəki fəaliyyəti yüksək qiymətləndirildiyini vurğulayıb: “Belə ki, sorğuda respondentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və silahlı qüvvələrin modernləşdirilməsi 96% və xarici siyasət sahəsindəki fəaliyyəti 95% qiymətləndirilib. Ümumilikdə isə respondentlərin mütləq əksəriyyəti – 92,8% ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır”.

M.Məmmədov, həmçinin ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizənin intensiv xarakter aldığını və bu sahədə həyata keçirilən həm kadr, həm də institusional islahatların aparılması ilə bağlı dövlət başçısının fəaliyyətini də respondentlərin yüksək dəyərləndirdiyini deyib: “Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli qiymətləndirərək bundan sonra da bu sahədə daha geniş nailiyyətlərin əldə olunmasını bildirirlər. Həmçinin, korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1% respondentin 36,5%-i Nazirlər Kabinetinə, 33,4%-i isə Milli Məclisə etibar etdiyini qeyd edib. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur”

“Ardıcıl və düşünülmüş siyasi kurs – bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl Prezident İlham Əliyevin alternativsiz lider kimi xalqını inam ünvanı olduğunun göstəricisidir”, - deyən M.Məmmədov onu da bildirib ki, Prezident İlham Əliyev 17 illik prezidentdidiyi fəaliyyətində Azərbaycanda yeganə və alternativsiz lider olduğunu sübut edib: “Bir də, heç kəs unutmamalıdır ki, reallıqda siyasətçinin sözünə yox, həyata keçirdiyi işlərə qiymət verilir. Prezident İlham Əliyev də məhz 17 illik fəaliyyətinə görə Azərbaycanda yeganə və alternativsiz lider kimi xalqın inam ünvanıdır. Çünki Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxın, karantin epidemiyasının ilk günüdən bu günə kimi, vətğəndaşların problemləri daima dövlət başçısının diqqətində olub. Ölkə Prezidenti bütün çıxışlarında dönə-dönə bildirib ki, karantin rejimi nə vaxta kimi uzanması bilinmir, ancaq buna baxmayaraq vətəndaşların problemləri həll olunmalıdır. Faktlara diqqət yetirək: ilkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Sonra bu insanların sayı 600 minə çatdırıldı. Həmçinin, 15 mindən çox tənha yaşlı insana evlərində sosial xidmətlər göstərilir, 2020-ci il martın 1-dən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. On dörd min nəfəri əhatə edən bu tədbir üçün 2,6 milyon manat ayrılıb. Bu istiqamətdə daha bir tədbir isə əhaliyə güzəştli işıq limitinin aprel-may ayları üçün 100 kilovat saat həcmində artırılmasıdır. İki ayda buna 10 milyon manat vəsait tələb olunur. Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Budur xalqa qayğı, budur hər bir vətəndaşın Prezidenti olmaq. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsi və xalqın öz Prezidentinə inamıdır. Bir sözlə, keçirilən bütün sorğular bir daha onu təsdiqləyir ki, Cənab İlham Əliyev faktoru güclü lider, qüdrətli dövlət amilinin bariz göstəricisidir”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə