Gəncədə bayram tədbiri Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi önündə təşkil olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, qələbənin 66-cı ildönümünə yüzlərlə şəhər sakini, müharibə veteranı və ziyalılar qatılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müharibədə şəhid olan soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq abidə önünə əklil qoyub.
İkinci dünya müharibəsində həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhər rəhbəri müharibə veteranları, onların ailə üzvləri ilə görüşüb.
Bildirib ki, İkinci Dünya müharibəsində əldə olunan qələbədə Azərbaycan xalqının böyük xidmətləri olub. Minlərlə soydaşımız qanlı döyüşlərdən qayıtmayıb, bəziləri itkin düşüb. Hazırda müstəqil Azərbaycanda müharibədə iştirak edən veteranlara, onların ailəsinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Rəsmi statistikaya görə Gəncə şəhərində alman faşizminə qarşı döyüşlərdə iştirak edən 120 müharibə veteranı yaşayır. Eyni zamanda bu döyüşlərdə şəhid olan 700-dən artıq həmvətənimizin ailəsi qeydiyyatdadır. Bundan başqa 180 nəfər isə müharibə zamanı arxa cəbhədə vətənə xidmət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB