9 May Qələbə bayramı Şirvanda da qeyd edilib - FOTO

9 May Qələbə bayramı Şirvanda da qeyd edilib - FOTO

Şirvan şəhərində faşizim üzərində qələbənin 66-cı ildönümü qeyd olunub. SİA-nın Aran bürosunun məlumatına görə, şəhər rəhbərliyi Böyük Vətən müharibəsinin veteranları ilə birgə Şəhidlər xiyabanını ziyarət ediblər.


İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılan abidənin önündə keçirilən bayram tədbirində İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək Böyük Vətən müharibəsinin iştirakçılarını, veteranları bayram münasibəti ilə təbrik edib. Onlara gümrahlıq, sağlam səhhət, qayğısız günlər arzulayıb. Şəhər rəhbəri müharibə iştirakçılarına və ailələrinə prezident İlham Əliyevin sərəncamı ilə birdəfəlik yardımların ayrılmasından, mənzil-məişət  problemlərinin həll olunması istiqamətində görülən tədbirlərdən geniş bəhs edərək Şirvan şəhərində də bu qəbildən olan insanlara daim qayğı göstərildiyini bildirib.


Tədbirdə Şirvan Hərbi komissarının səlahiyyətlərini icra edən Sacəddin Həsənov, Müharibə Veteranları Şurasının sədri Musa Quliyev və Gənclər İdman İdarəsinin əməkdaşı Əfqan Həsənov çıxış edib.


Daha sonra tədbir iştirakçıları Şirvan sakini Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun məzarı ziyarət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə