Gəncədə “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması” adlı kitabın təqdimatı keçirilib - FOTO
Dahi öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Gəncədə "Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, mərasimdə görkəmli dövlət xadiminə həsr olunan kitab haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, kitab Gəncə şəhər İcra Hakimiyyətini başçısı Elmar Vəliyevin təşəbbüsü ilə hazırlanıb. Kitabın ərsəyə gəlməsində Gəncə Regional Elmi Mərkəzin alimləri əllərindən gələni əsirgəməyib. Monoqrafiyanın müəllifi isə tarix elmləri namizədi Samir Pişnamazzadədir.
Burada ulu öndərin milli-mənəvi dəyərlərimizin formalaşması, qorunması və inkişafı istiqamətində gördüyü işlər, bu sahədə yürütdüyü siyasət öz əskini tapıb. Ümummilli liderin mədəniyyət, incəsənət, mənəvi sərvətlərimiz sahəsində konseptual görüşləri də kitaba daxil edilib.
Təqdimatda çıxış edənlər Heydər Əliyevin Azərbaycana, onun sosial-iqtisadi, siyasi, milli-mənəvi inkişafı üçün gördüyü işlərdən bəhs ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB