Ermənistanda etiraz aksiyası başlayıb

Ermənistanda etiraz aksiyası başlayıb

Armavir bölgəsinin Sardarapat, Bambakaşen və Ayqevan icmalarından olan üzüm təhvil verənlər bu gün üzümün alış qiymətlərinin artırılması tələbi ilə etiraz aksiyasına başlayıblar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə etirazçılar özləri bildiriblər.

“Üzümün 150 drama qəbul olunmasını tələb edirik. Dövlət üzüm almaq üçün fabriklərə subsidiya verib. Yalnız dövlətdən dotasiya almayıblar, qiyməti də endiriblər”, deyə etirazçılar narazılıqlarını ifadə ediblər.
Üzüm təhvil verənlər “Ararat” brendi fabrikinin müqavilələri qısaldıb üzümün alış qiymətini 1 kq üçün 135 dram olaraq təyin etdiyini qeyd edirlər.

Etirazçılar Armavir regional idarəsində də görüşüblər və onlar qeyd ediblər ki, üzümlərini belə qiymətə təhvil versələr, daha doğrusu, bağışlasalar, ailələrini dolandıra bilməyəcəklər, bu səbəbdən dövlət dəstəyini gözləyirlər. Onlar ən azı bir qədər subsidiya istəyirlər. Əks halda cümə günü etiraz aksiyasına davam edəcəklərini bəyan edirlər.

Qeyd edək ki, etirazçılar hələ də regional idarəetmə binasındadır və hələ dağılışmaq fikrində də deyillər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə