“Heydər zirvəsi” yürüşünün iştirakçıları ulu öndərin və şəhidlərin xatirəsini yad ediblər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş növbəti yürüşün iştirakçıları mayın 7-də Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət etmiş, Səhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini yad etmiş, daha sonra "Heydər zirvəsi"nə yola düşüblər.
SİA-nın xəbərinə görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, Gənclər və İdman Nazirliyi birgə təşkilatçılığı ilə keçirilən yürüşə tanınmış alpinist Saridan Mursaqulov rəhbərlik edir. Bu yürüşə federasiyanın nəzdində yaradılmış 15-dək klubun fəalları, o cümlədən respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130-dək könüllü də qoşulub.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunan yürüş artıq ənənəyə çevrilmiş və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir ki, bu da ulu öndərin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB