"Livan hər zaman erməni terror təşkilatlarının beşiyi olan bir ölkə olub" ÖZƏL-MÖVQE
Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanıb.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Vüqar Zifəroğlu bunları deyib: “Ümumiyyətlə, ermənilərlə bağlı bir çox məsələlərə həm beynəlxalq təşkilatlar, həm də aparıcı qərb ölkələri hər zaman ikili standartlar və ikili yanaşmalar sərgiləyirlər. Təəssüf ki, bu qeyri-qanuni məskunlaşma ilə bağlı məsələlərə də bu cür qeyri-adekvat, qeyri-obyektiv yanaşmanın şahidi olmaqdayıq. Burada söhbət təkcə məskunlaşmadan getmir. Nəzərə alaq ki, Suriya, Livan, ərəb ölkələrində yaşayan ermənilərin Qarabağ bölgəsində məskunlaşdırılmasında müəyyən məqamlara diqqət yetirmək lazımdır. Livan hər zaman erməni terror təşkilatlarının beşiyi olan bir ölkə olub. Bir sıra erməni terror təşkilatları məhz Livan ərazisində yaradılıb və birinci Qarabağ müharibəsi zamanında da Livandan gələn silahlı qruplaşmalar, dəstələr Azərbaycan ordusuna qarşı vuruşublar. Bunun özü artıq bizim üçün ciddi əsaslar verir ki, beynəlxalq hüquq nöqteyi-nəzərdən biz həm də mümkün terror təşkilatlarının da Qarabağda nöqtələnməsi ilə bağlı ciddi məsələlər qaldıraq. Hətta əlimizə əsas verir ki, o ərazilərdə müəyyən anti-terror əməliyyatları həyata keçirək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB