Böyük Britaniya kraliçasının gəlini, şahzadə Uilyamın xanımı və Kembric hersoginyası Keyt Middlton dünən alış-verişə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Waitrose" supermarketinə yollanmış Keyt bu minvalla toydan sonra ilk alış-verişini edib. Marketin dayanacağında maşından düşən ledi Keyt adi vətəndaşlar təki arabacıq götürüb və marketə girib.
Jurnalistlər ondan açıqlama istəyəndə isə Britaniya kraliçasının gəlini ona mane olmamağı xahiş edib.
"İşim çoxdur. Nahar hazırlamalıyam",- deyə Keyt bildirib.
Jurnalistlər ondan açıqlama istəyəndə isə Britaniya kraliçasının gəlini ona mane olmamağı xahiş edib.
"İşim çoxdur. Nahar hazırlamalıyam",- deyə Keyt bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB