Ziyafət Əsgərov: “Hərbi xidmətə çağırışla bağlı normativ hüquqi sənədlərin monitorinqi aparılır”

Ziyafət Əsgərov: “Hərbi xidmətə çağırışla bağlı normativ hüquqi sənədlərin monitorinqi aparılır”
"Hərbi xidmətə çağırışla bağlı normativ hüquqi sənədlərin monitorinqi aparılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, bu barədə artıq mətbuata məlumat verilib. Onun sözlərinə görə, Prezident Administrasiyasının, Milli Məclisin, Müdafiə Nazirliyinin bununla bağlı ekspertləri işləyir və həmin sənədlər hazır olan kimi Milli Məclisin plenar iclasına çıxarılacaq: "Həddindən artıq böyük iş olacaq. Çünki işin həcmi çox böyükdür. Bilirsiniz ki, bizim hərbi qanunvericilik aktlarının bir hissəsi 1995-ci ilin konstitusiyasına qədər hazırlanıb. Müəyyən dövr ərzində əlavə və dəyişikliklər edilib. Lakin Azərbaycanın hazırkı inkişafını və eyni zamanda Silahlı Qüvvələrin inkişafını nəzərə alaraq bəzi hallarda hüquqi baza məsələsi öz sözünü deməlidir. Ona görə çalışırıq ki, bu işi qısa zamanda yekunlaşdıraq və bizim Silahlı Qüvvələrin qanunvericilik bazasını daha da möhkəmləndirək".

Bütün xəbərlər Facebook səhifəmizdə