Novruz Məmmədov: “Xankəndidə tikilən hava limanı ilə bağlı məsələ qanun çərçivəsində həll edilməlidir”-AÇIQLAMA
"Xankəndidə tikilən hava limanı ilə bağlı məsələ beynəlxalq səviyyədə ümumi qanunvericilik çərçivəsində həll olunmalıdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədov qeyd edib ki, ölkələr arasında bu cür münasibətləri tənzimləyən bir konvensiya var: "Yəni bunları tənzimləyən qanunlar var. Ermənistan tərəfi bunları pozmaq üçün addımlar atır. Amma əvvəl-axır bu məsələ qanun çərçivəsində həll edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB