Ümummilli lider Heydər Əliyevin 88-ci doğum günü Ankarada qeyd edilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 88-ci doğum günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində cari ilin 6 may tarixində Ankaranın Yenimahalle səmtində Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan orta məktəbdə tədbir keçirilib. Azərbaycanın Ankara səfirliyindən verilən məlumata görə, qeyd olunan məktəbin tələbələri arasında şeir və rəsm müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinə eləcə də 4, 5 və 6-cı yerləri tutan tələbələrə Səfirliyin həvəsləndirici hədiyyələri səfir Faiq Bağırov tərəfindən təqdim olunub.
Tədbirin sonunda Səfir Faiq Bağırov öz çıxışında, Heydər Əliyev adını daşıyan məktəbin tələbələrinin digər məktəbin tələbələrindən daha çox məsuliyyət daşıdıqlarından, gələcək həyatlarında müxtəlif peşələrə yiyələndikdən sonra da bu məsuliyyətin onlarla bir olacağından və bu məktəbin meyvələrinin iki ölkə əlaqələrinin daha da güclənməsində mühüm rol oynayacağından bəhs edib.
Cari ilin 6 may tarixində həmçinin Ankara şəhərində səfirlik tərəfindən "İbrahim Çeçen Sənət Qalareyasında" "Azərbaycanlı Rəssamlar Sərgisi" adlı tədbir təşkil olunub. Sərgidə Azərbaycanlı rəssam və heykəltəraşların 70-ə yaxın əsərləri nümayiş etdirilib. Tədbirdə Türkiyənin xarici işlər nazirliyinin yüksək vəzifəli şəxsləri, Türkiyə Mədəniyyət Nazirinin müavini, millət vəkilləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, tələbələr, ictimaiyyət nümayəndələri və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.
Tədbirin açılış nitqini səfir Faiq Bağırov edib. Tədbirin sonunda iştirakçılar üçün ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB