Almaniyada 17 atom elektrik stansiyasının fəaliyyəti dayandırılacaq

Almaniyada 17 atom elektrik stansiyasının fəaliyyəti dayandırılacaq
Almaniya hökuməti atom enerjisindən mərhələli şəkildə imtina planı hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, plana əsasən istifadə müddəti bitmiş yeddi atom-elektrik stansiyası ləğv ediləcək.

Mart ayında bu stansiyaların fəaliyyəti üç ay müddətinə dayandırılıb, lakin hökumət onları birdəfəlik ləğv etməyi düşünür. Bundan başqa hökumət nasazlıq səbəbindən fəaliyyəti 2009-cu ildə dayandırılan "Kryummel" atom-elektrik stansiyasını da bağlamağı planlaşdırır.

Ölkənin qalan 9 atom-elektrik stansiyası isə üç mərhələdə bağlanacaq və paralel olaraq 9 qaz elektrik stansiyaları istifadəyə veriləcək. Konkret tarix açıqlanmasa da, 17 atom elektrik stansiyasının bütün reaktorlarının 2022-ci ildə dayandırılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə