Rusiya Türkiyə ilə imzaladığı atom enerjisinə dair əməkdaşlıq müqaviləsini ratifikasiya etdi
Rusiyanın prezidenti Dmitri Medvedyev "Türkiyə Rusiya arasında sülh məqsədlər üçün atom enerjisi sahəsində əməkdaşlıq haqqında" Rusiya Federasiyası höküməti və Türkiyə höküməti arasında imzalanan müqavilənin ratifikasiya edilməsi barədə qanun qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən müqavilə 2009-cu ilin 6 avqust tarixində Ankarada imzalanıb.
Müqavilənin məqsədi iki ölkə arasında əməkdaşlıq və milli maraqlar, sülh naminə atom enerjisindən istifadə etməkdir. Müqavilənin həyata keçirilməsi üçün büdcəyə əlavə olunmayacaq.
Qeyd edək ki, qanun cari ilin aprel ayının 22-də Rusiya Dövlət Düması tərəfindən qəbul və təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB