HƏMAS lideri Üsamə bin Ladenin qətlini pisləyib

HƏMAS lideri Üsamə bin Ladenin qətlini pisləyib
Fələstinin HƏMAS təşkilatının rəhbəri Xalid Məşəl "Əl-Qaidə" lideri Üsamə bin Ladenin qətlini "qeyri-qanuni" olaraq dəyərləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, HƏMAS lideri: "Biz Əl-Qaidə-nin metodlarını, xüsusən dinc sakinlərə qarşı olan hərəkətləri pisləsək də, ABŞ və yaxud başqa birinin məhkəmədənkənar edamlar həyata keçirməsinə qarşıyıq",- deyə bəyan edib.

O həmçinin "ərəb və müsəlman qanının axıdılmasını, həmçinin onun ləyaqətinin alçaldılmasını", yəni bin Ladenin öldürülməsini və cəsədinin dənizə atılmasını pisləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə