“Əl-Qaidə" liderlərindən daha birini öldürmək cəhdi baş tutmayıb

“Əl-Qaidə" liderlərindən daha birini öldürmək cəhdi baş tutmayıb
"Əl-Qaidə" liderlərindən daha birini öldürmək cəhdi baş tutmayıb. SİA-nın Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, Amerika Hərbi-Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə "Əl-Qaidə"nin Yəmən qolunun rəhbəri Ənvər əl-Əvlakinin olduğu avtomobilə raket zərbəsi endirib. Bu barədə ABŞ mətbuatı yazır.

Yəmənin Müdafiə Nazirliyinin məlumatına görə, Ənvər əl-Əvlakini öldürmək cəhdi baş tutmayıb, o, xəsarət almayıb. Dünən əl-Əvlakiyə qarşı daha bir neçə sui-qəsd cəhdinin olduğu da bildirilir.
Pentaqon ABŞ pilotsuz təyyarəsinin raket hücumuna dair şərh verməkdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə