Amerikalı professor: "Türkiyə və Azərbaycana nüvə silahı yaratmaq imkanı veriləcək" İLGİNC
“Ermənistan teoretik olaraq nüvə silahına sahib ola bilər, lakin ümid edirəm ki, bu, baş verməyəcək, belə ki, onun mövcudluğu qarşıya qoyulmuş hərbi hədəfləri həll etməyəcək, ancaq dünyanın dağılması fəlakəti riskini artıracaq”. SİA news.am-a istinadən xəbər verir ki, bu fikirləri keçirdiyi onlayn-seminar zamanı ABŞ-ın Massaçuset ştatının texnoloji unirversitetinin professoru, erməni mənşəli fizik Areq Danaqulyan deyib.
Onun sözlərinə görə, bu onunla əlaqəlidir ki, əgər İrəvana belə bir silahın yaradılmasına imkan verilərsə, həmin imkan Türkiyə və Azərbaycanda da veriləcək.
“İsrail 100 ədəd nüvə silahına malikdir, lakin bunun Fələstinlə qarşıdurmada bir hərbi nöqteyi-nəzərdən heç bir üstünlüyü yoxdur, belə ki, döyüşlərdə istifadə edilməyəcək”, deyən amerikalı erməni mütəxəssis onu da qeyd edib ki, nüvə silahı mövzusu yenidən dünyada aktuallığa çevrilib, ancaq anlamaq vacibdir ki, əgər belə bir silah istifadə olunarsa, üçüncü dünya müharibəsi ikinci dünya müharibəsindən 1000 dəfə daha çox dağıntılara səbəb olacaq: “Bir sualtı nüvə qayığı summar gücünə görə, ikinci dünya müharibəsində partladılmış bütün bombalardan 48 dəfə daha dağıdıcı qüvvəyə malik nüvə bombası daşıyır. Rusiya, ABŞ və Böyük Britaniya ayrı-ayrılıqda hərəsi 20 ədəd belə sualtı qayğılara malikdir. Bütün bu silahların istifadəsi bütün dünyada 200 milyon insanın ölümünə səbəb olacaq, həmçinin, ümumi temperatur 20 dərəcə aşağı enəcək və 10 il yüksəlməyəcək. Bu isə ilk olaraq kütləvi aclığa səbəb olacaq, çünki kənd təsərrüfatı məhv ediləcək. Nüvə müharibəsində qalib olmayacaq”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB