Suriyada növbəti qətliam
Suriyada ötən həftə dünənə "qəzəb günü" təyin etmiş kütlə cümə namazından sonra küçələrə axışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumət əleyhinə keçirilən nümayiş odlu silahla baş tutub.

Nəticədə 40-dək nümayişçi həlak olub. Baş verənlər ABŞ-ı hiddətləndirib. Vaşinqton Suriyanı yeni sanksiyalarla hədələyib. Birləşmiş Ştatların Suriya ilə bağlı konkret hansı addımları atmağı düşündüyü açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə