ABŞ-dan Suriyaya xəbərdarlıq
ABŞ Suriyaya xəbərdarlıq edib. SİA-nın xəbərinə görə, xəbərdarlıqda "Suriyanın öz xalqına qarşı qəbul edilə bilməz vəziyyətinin daha sərt beynəlxalq qarışıqlıq doğuracağı" qeyd olunub. Ağ Ev sözcüsü Jay Karney etdiyi şərhdə Suriya hökumətinin mövcud olan vəziyyətində ciddi bir dəyişmə olmadığının müşahidə edildiyini söyləyib. O, bu məsələlərə hökumətin etirazçıları öldürməsinin sona çatmamasının da daxil olduğunu ifadə edib.

"ABŞ və beynəlxalq sahədəki tərəfdaşları Suriya hökumətinin öz xalqına qarşı tutumuna güclü müxalifətlərini daha dəqiq ortaya qoymaq məqsədilə əlavə addımlar atacaq"-deyilən şərhdə ABŞ-ın Suriya rejiminə istiqamətli qərarlaşdırdığı sanksiyaların Amerika tərəfindən məmnuniyyətlə qarşılandığı da qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə