Gündəmdən düşməyən Bin Laden

Gündəmdən düşməyən Bin Laden

Üsamə bin Ladenin ölümü Əfqanıstanda beynəlxalq qüvvələrin əməliyyatına təsir etməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniya kansleri Angela Merkel bu fikirdədir. Onun sözlərinə görə, Ben Ladenin məhvi Əfqanıstanda sabitliyə nail olunması məsələsində heç nəyi dəyişmir. Alman hərbçiləri bu ölkənin terrorçuluq mənbəyinə çevrilməsinə mane olmaq üçün oradadırlar. Biz demokratiyanı düşmənlərdən müdafiə etməyə davam edəcəyik",- deyə kansler bildirib.

 

Eyni zamanda Fələstinin HƏMAS təşkilatının rəhbəri Xalid Məşəl "Əl-Qaidə" lideri Üsamə bin Ladenin qətlini qeyri-qanuni olaraq dəyərləndirib: "Biz "Əl-Qaidə"nin metodlarını, xüsusən dinc sakinlərə qarşı olan hərəkətləri pisləsək də ABŞ və yaxud başqa birinin məhkəmədənkənar edamlar həyata keçirməsinə qarşıyıq",- deyə HƏMAS lideri bəyan edib. O həmçinin bin Ladenin öldürülməsini və cəsədinin dənizə atılmasını pisləyib.

 

Həmçinin ABŞ prezidenti Barak Obama mayın 1-də Pakistanda "Əl Qaidə" lideri Üsəma bin Ladenin öldürülməsi ilə nəticələnən əməliyyatla iştirak edən Amerika xüsusi təyinatlıları ilə görüşüb. O, "uğurlu yerinə yetirilən iş"ə görə xüsusi təyinatlılara minnətdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə