Gəncənin tibb ocaqlarında yoxlamalara başlanılıb

Gəncənin tibb ocaqlarında yoxlamalara başlanılıb

Gəncə şəhərində fəaliyyət göstərən tibb ocaqlarında yoxlamalara başlanılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, monitorinqlərdə məqsəd sanitar norma və tələblərin yerinə yetirilməsidir. Artıq 5 tibb müəssisəsində yoxlamalar yekunlaşıb. Bəzi səhyyə ocaqlarının rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Qeydə alınan iradların aradan qaldırılması üçün 1 ay vaxt verilib. Bu müddət ərzində fəaliyyətində dönüş olmayan səhiyyə müəssisələrinin işi dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə