Reklama baxmaqla pul qazanmaq şansı

Reklama baxmaqla pul qazanmaq şansı
"Facebook" sosial şəbəkəsinin istifadəçiləri reklama baxmaqlarına görə virtual pul qazana biləcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, reklam çarxının səhifəsinə istifadəçilər sosial şəbəkədəki oyun və ya digər əlavələrdən keçə biləcəklər. Reklama baxmağa görə qonorar məbləğinin reklamverən tərəfindən müəyyən olunacağı nəzərdə tutulur, lakin ilkin mərhələdə bonuslar 1 kredit (Facebook Credits – sosial şəbəkənin özünün pul vahidi) dəyərində təyin ediləcək.

Qeyd edək ki, "Facebook" kreditinin bir vahidi 10 sentə yaxın təşkil edir. İstifadəçilərə pul mükafatlarının və ya hədiyyələrin təqdim olunması TrialPay şirkəti tərəfindən işlənib hazırlanmış DealSpot texnologiyası vasitəsilə həyata keçiriləcək.
Dünyanın ən iri sosial şəbəkəsi olan "Facebook"-un istifadəçi bazası 600 milyonu nəfəri keçir. eMarketer agentliyinin hesablamalarına görə, "Facebook"-un 2011-ci ildə reklamdan əldə edəcəyi mədaxil 2010-cu illə müqayisədə iki dəfə artaraq 4,05 milyard ABŞ dollarına çata bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə