"Fransa ABŞ-dan sonra "Əl Qaidə" terror təşkilatının ikinci hədəfidir". Bu sözləri Fransanın daxili kəşfiyyat xidmətinin rəhbəri Bernard Squarcini "Le Monte" qəzetinə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Bin Ladenin öldürülməsi hadisələri daha da gərginləşdirə bilər: "Üsamə bin Ladenin ölümündən bu yana hər hansı bir təhdid almamışıq, lakin bu aydın şəkildə ortadadır ki, amerikalılar "Əl Qaidə"-nin birinci, Fransa isə ikinci hədəfidir. Bin Ladenin öldürülməsi isə bu mövzuda gözlənilən risqin daha da artmasına səbəb olub".
Rəhbər Fransaya yönəlmiş təhdid olmadığını etiraf etsə də yenə də bu barədə son dərəcə ehtiyyatlı davranmağa çağırıb: "Bugün məhz Fransaya istiqamətlənmiş təhdidlərin olmaması o demək deyil ki, biz rahat olmalıyıq. Xeyr, hər an təhlükə ilə üz-üzə olduğumuzu bilməli, buna hazır olmalıyıq. Bu istiqamətdə xaricdəki səfirliklər də təhlükəsizlik tədbirlərini artırmalıdır".
Qeyd edək ki, bugün "Əl Qaidə"-nin 400 adama çatan Afrika qolunun sayı 2 ildə 250 nəfərə qədər artıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB